DİN "Sahil" bağında baş verən qətllə bağlı rəsmi məlumat yayıb

DİN "Sahil" bağında baş verən qətllə bağlı rəsmi məlumat yayıb Səbail Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır
Hadisə
7 Yanvar , 2015 13:51
DİN Sahil bağında baş verən qətllə bağlı rəsmi məlumat yayıb

Bakı. 7 yanvar. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Bakının mərkəzində baş verən qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. “Report”un DİN-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, məlumatda bildirilib ki, yanvarın 6-da Səbail rayonunda yerləşən Sahil bağında naməlum şəxs Bakı şəhər sakinləri Həsən Həsənova və Orxan Məmmədzadəyə bıçaqla xəsarət yetirib. H.Həsənov hadisə yerində ölüb, O.Məmmədzadə xəstəxanaya yerləşdirilib.

Səbail Rayon Polis İdarəsi (RPİ) tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Son xəbərlər

Orphus sistemi