DİN Sabunçudakı faciəvi ölümlə bağlı rəsmi məlumat yayıb - VİDEO

DİN Sabunçudakı faciəvi ölümlə bağlı rəsmi məlumat yayıb - VİDEO Faktla bağlı araşdırma aparılır
Hadisə
25 Yanvar , 2016 13:02
DİN Sabunçudakı faciəvi ölümlə bağlı rəsmi məlumat yayıb - VİDEO

Bakı. 25 yanvar. REPORT.AZ/ Bakı şəhər sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb. 

Məlumata görə, yanvarın 23-də Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki "Qağayı" düşərgəsindəki qazanxananın tüstü borusu orada işləyən Bakı şəhər sakini Səfəralı Səfərovun üstünə düşüb və o, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd: videoya əsəbi zəif olanların baxmağı məsləhət deyil

Son xəbərlər

Orphus sistemi