​DİN Rusiyada polkovnik və onun ailəsini qətlə yetirən azərbaycanlıların saxlanma kadrlarını yayıb - VİDEO

​DİN Rusiyada polkovnik və onun ailəsini qətlə yetirən azərbaycanlıların saxlanma kadrlarını yayıb - VİDEO Onlardan heç biri polisə müqavimət göstərməyib
Hadisə
3 May , 2016 05:49
​DİN Rusiyada polkovnik və onun ailəsini qətlə yetirən azərbaycanlıların saxlanma kadrlarını yayıb - VİDEO

Bakı. 3 May. REPORT.AZ/ Rusiyanın Daxili İşlər Nazirliyi Samara vilayətində sabiq polis polkovniki və onun ailəsini qətlə yetirməkdə şübhəli bilinən azərbaycanlıların saxlandığı anın görüntülərini yayıb.

"Report" xəbər verir ki, şübhəli şəxslərin saxlanması üzrə əməliyyat mayın 1-nə keçən gecə baş tutub.

İki şübhəli şəxs yaşadıqları mənzillərində, daha biri isə küçədə yaxalanıb. Bunlar Babayev İslam Arzu oğlu, Zöhrabov Orhan Şirəli oğlu və Fətəliyev Roman Rauf oğludur. Onlardan heç biri tutulan zaman müqavimət göstərməyib. Cinayəti törətməkdə şübhəli bilinən dördüncü şəxs Rusiyanı tərk etməyə macal tapıb.

Saxlanılan şəxslər artıq etiraf ifadəsi veriblər və məhkəmə onların həbsi qərarı çıxarıb.

Aprelin 24-də Samaranın Sızran rayonunun İvaşevka kəndindəki evlərdən birində 3 kişi və 3 qadın meyiti aşkar olunub. Öldürülənlər Rusiya DİN-in Samara vilayəti üzrə Baş İdarəsinin qərargah rəisinin müavini, polis polkovniki Andrey Qoşt və onun ailə üzvləri olub.

Son xəbərlər

Orphus sistemi