DİN Qubadakı istirahət mərkəzində törədilən qətllə bağlı rəsmi məlumat yayıb

DİN Qubadakı istirahət mərkəzində törədilən qətllə bağlı rəsmi məlumat yayıb Könül Zalovanın boğularaq öldürüldüyü məlum olub
Hadisə
18 Yanvar , 2016 14:54
DİN Qubadakı istirahət mərkəzində törədilən qətllə bağlı rəsmi məlumat yayıb

Bakı. 18 yanvar. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Quba şəhərində yerləşən “Retro” istirahət mərkəzində törədilən qətllə bağlı rəsmi məlumat yayıb. 

"Report" DİN-in rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 15-də Quba şəhərində yerləşən “Retro” istirahət mərkəzində Sumqayıt şəhər sakini Könül Zalovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb. 

İlkin məlumata əsasən, yanvarın 13-nə keçən gecə K.Zalova idarə etdiyi “İnfiniti” markalı avtomobildə tanışı, Bakı şəhər sakini Elməddin Əhmədovla birgə istirahət mərkəzinə gəlib. Meyit tapılarkən E.Əhmədov hadisə yerində olmayıb. 

Sumqayıt RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə axtarışda olan Elməddin Əhmədov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə yanvarın 15-də onun K.Zalovanı boğaraq qətlə yetirməsi də müəyyən edilib. 

Son xəbərlər

Orphus sistemi