DİN Qubada iki nəfərin yanaraq ölməsi hadisəsi ilə bağlı məlumat yayıb

DİN Qubada iki nəfərin yanaraq ölməsi hadisəsi ilə bağlı məlumat yayıb Faktla bağlı Quba Rayon Polis Şöbəsi tərəfindən araşdırmalar davam etdirilir
Hadisə
8 İyul , 2017 11:57
DİN Qubada iki nəfərin yanaraq ölməsi hadisəsi ilə bağlı məlumat yayıb
Report.az

Bakı. 8 iyul. REPORT.AZ/ DİN iki nəfərin avtomobildə yanaraq ölməsi hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

“Report”un xəbərinə görə, məlumatda bildirilib ki, iyulun 7-də saat 9.00 radələrində Quba rayonunun Küpçalqışlaq kəndi ərazisində Xaçmaz rayon sakini Rəhman İsaqov idarə etdiyi “VAZ-2106” markalı avtomobili 8-10 metr hündürlükdən aşırıb və nəticədə avtomobil yanıb. Sürücü və sərnişini, həmyerlisi Ülviyyə Məmmədova yanaraq ölüblər.

Faktla bağlı Quba Rayon Polis Şöbəsi tərəfindən araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi