DİN Qobustanda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb

DİN Qobustanda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb Daxili İşlər Nazirliyi (DİN) Qobustan şəhərində baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Hadisə
28 Oktyabr , 2019 12:59
DİN Qobustanda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Qobustan şəhərində baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

DİN Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, oktyabrın 26-da saat 8 radələrində Qobustan şəhərinin ərazisində Sumqayıt şəhər sakini Samir Rufullayevin idarə etdiyi “VAZ-2107” və Ağsu rayon sakini Əhmədağa Rüstəmovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə hər iki sürücü hadisə yerində ölüb, avtomobillərdə olan 3 sərnişin xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi