DİN: Polis polkovniki Emil Usubov nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi təyin edilib

DİN: Polis polkovniki Emil Usubov nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi təyin edilib General-mayor Sərvər Mehrəliyev təqaüdə göndərilib
Hadisə
22 Fevral , 2017 17:35
DİN: Polis polkovniki Emil Usubov nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi təyin edilib

Bakı. 22 fevral. REPORT.AZ/ Polis polkovniki Emil Usubov Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi təyin edilib.

Bunu "Report"un sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.

Onun sözlərinə görə, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi polis general-mayoru Sərvər Mehrəliyev xidmət keçmənin son yaş həddi ilə əlaqədar bir müddət əvvəl təqaüdə göndərilib. Bu vəzifəyə həmin Baş İdarənin rəis müavini, polis polkovniki Emil Usubov təyin edilib.

Son xəbərlər

Orphus sistemi