DİN özünü metroda qatar yoluna atan şəxslə bağlı məlumat yayıb

DİN özünü metroda qatar yoluna atan şəxslə bağlı məlumat yayıb Daxili İşlər Nazirliyi (DİN) ötən gün metronun “Neftçilər” stansiyasının platformasında özünü qatar yoluna atan şəxslə bağlı məlumat yayıb.
Hadisə
12 Dekabr , 2019 12:38
DİN özünü metroda qatar yoluna atan şəxslə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) ötən gün metronun “Neftçilər” stansiyasının platformasında özünü qatar yoluna atan şəxslə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, dekabrın 11-də saat 18 radələrində metronun “Neftçilər” stansiyasının platformasında bir nəfər özünü qatar yoluna atıb.

Bu zaman orada olan DİN BİTİ-yə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları tərəfindən dərhal görülən tədbirlərlə həmin şəxs qatar yolundan çıxarılıb.

Onun Masallı rayon sakini V.Əzimov olması müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi