DİN: Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 1 nəfər yaralanıb

DİN: Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 1 nəfər yaralanıb Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlarlar açıqlanıb.
Hadisə
30 May , 2019 11:02
DİN: Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 1 nəfər yaralanıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlarlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, mayın 29-da törədilən 20 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətinaçılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi