DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb Bakı. 16 fevral. REPORT.AZ/ Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 112 cinayət faktı qeydə alınıb.
Hadisə
16 fevral 2018 04:58
DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb

Bakı. 16 fevral. REPORT.AZ/ Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 112 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, onların da 23-ü “isti izlər”lə açılıb.

Axtarışda olduğuna görə 26 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi