DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb Bakı. 13 iyul. REPORT.AZ/ Ötən gün respublikamızın daxili işlər orqanları tərəfindən 82 cinayət faktı qeydə alınıb, onların da 8-i isti izlərlə açılıb.
Hadisə
13 İyul , 2018 08:16
DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb

Bakı. 13 iyul. REPORT.AZ/ Ötən gün respublikamızın daxili işlər orqanları tərəfindən 82 cinayət faktı qeydə alınıb, onların da 8-i "isti izlər"lə açılıb.

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb.  

Son xəbərlər

Orphus sistemi