DİN MTRŞ-nın hüquqşünasının yol qəzasında ölümü ilə bağlı rəsmi məlumat yayıb

DİN MTRŞ-nın hüquqşünasının yol qəzasında ölümü ilə bağlı rəsmi məlumat yayıb Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır
Hadisə
5 İyun , 2017 12:27
DİN MTRŞ-nın hüquqşünasının yol qəzasında ölümü ilə bağlı rəsmi məlumat yayıb

Bakı. 5 iyun. REPORT.AZ/ Daxili İşlər Nazirliyi Milli Televiziya və Radio Yayımları Şurasının (MTRŞ) hüquqşünası Toğrul Mirzəzadənin yol qəzasında ölüməsi ilə bağlı rəsmi məlumat yayıb.

“Report” nazirliyin saytına istinadən xəbər verir ki, iyunun 3-də saat 18 radələrində Xətai rayonu Zığ yolu küçəsində Bakı şəhər sakini Toğrul Mirzəzadə idarə etdiyi “Harley-Devidson” markalı motosikleti qarşıda gedən paytaxt sakini Nəriman Nəciyevin idarə etdiyi “QAZel” markalı avtomobilə vurub və nəticədə T.Mirzəzadə hadisə yerində ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi