Bakı. 9 may. REPORT.AZ/ Daxili İşlər Nazirliyi Masallı rayonunda evdə baş verən yanğınla bağlı məlumat yayıb.
Nazirlikdən “Report”a verilən məlumata görə, mayın 8-də saat 2 radələrində Masallı rayonunun Təzə Alvadı kəndində yaşayan Kamran Əzimovun ümumi sahəsi 120 kvm olan 2 mərtəbəli evində yanğın baş verib.
Yanıq xəsarəti alan K.Əzimov xəstəxanaya yerləşdirilib və orada ölüb. Yanğın söndürüldükdən sonra K.Əzimovun oğlu Namiqin və gəlini Zeynəbin yanan meyitləri tapılıb.
Faktla bağlı araşdırma aparılır.