DİN Masallıda baş verən silahlı insidentlə bağlı məlumat yayıb

DİN Masallıda baş verən silahlı insidentlə bağlı məlumat yayıb Faktla əlaqədar cinayət işi başlanılıb
Hadisə
22 Dekabr , 2016 12:03
DİN Masallıda baş verən silahlı insidentlə bağlı məlumat yayıb

Bakı. 22 dekabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Masallı rayonunun Türkoba kəndi ərazisində baş verən silahlı insidentlə bağlı məlumat yayıb. 

"Report" DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 21-də Masallı rayonunun Türkoba kəndində Lənkəran rayon sakini Murad Quluzadə odlu silahdan açdığı atəşlə Rusiya Federasiyası vətəndaşı Fariz İsmayılovu qətlə yetirib. 

O, könüllü Lənkəran Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) gəlib və hadisəni törədərkən istifadə etdiyi "UZİ" markalı silahı və 7 ədəd gülləni təhvil verib.

ŞRPŞ əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı oradan 25 ədəd giliz aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi