Dekabrın 12-də axşam saatlarında Goranboy rayonunun Borsunlu kənd ərazisində “Daewoo” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Hadisə nəticəsində xəsarət alan kənd sakini, 2004-cü il təvəllüdlü Gülzarə Afiq qızı Əhmədova rayon mərkəzi xəstəxanasına çatdırılıb, vəziyyəti orta-ağırdır.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə,
Bundan başqa, Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları kənd sakinlərə ilə görüşərək maarifləndirici söhbətlər aparıb, vətəndaşlara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib. Sakinlərə öz həyatları ilə bərabər, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaratmamaları üçün kənd ərazisindəki yeraltı keçiddən istifadə etmələri tövsiyə olunub.