DİN Lökbatandakı silahlı insidentlə bağlı rəsmi məlumat yayıb

DİN Lökbatandakı silahlı insidentlə bağlı rəsmi məlumat yayıb Əməliyyat-axtarış tədbirləri həyata keçirilir
Hadisə
22 Dekabr , 2015 13:05
DİN Lökbatandakı silahlı insidentlə bağlı rəsmi məlumat yayıb

Bakı. 22 dekabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Lökbatan qəsəbəsində baş verən silahlı insidentlə bağlı rəsmi məlumat yayıb. "Report" DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 21-də saat 23 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən “Zeytə” restoranının qarşısında silahlı insident baş verib. 

Bakı şəhər sakini Məhərrəm Əliyev və Samir adlı şəxs qəsəbə sakinləri Ədalət Həsənov, Mehrab Əliyev, Cəmil Həmidov, Nazim Kərimov və Rafiq Kərimovla mübahisə etdikdən sonra M.Əliyev “Vinçestr” markalı tüfəngdən atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarəti yetirib hadisə yerini tərk ediblər.

Yaralılar xəstəxanadan ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Qaradağ RPİ tərəfindən zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi