DİN Lerikdə ETSN işçilərinin xəsarət aldığı hadisə ilə bağlı məlumat yayıb

DİN Lerikdə ETSN işçilərinin xəsarət aldığı hadisə ilə bağlı məlumat yayıb Hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər tutulub
Hadisə
5 İyul , 2017 12:10
DİN Lerikdə ETSN işçilərinin xəsarət aldığı hadisə ilə bağlı məlumat yayıb

Bakı. 5 iyul. REPORT.AZ/ Daxili İşlər Nazirliyi Lerikdə meşə mühafizəsi və bərpası müəssisəsinin müdiri və gözətçisinin xəsarət aldığı hadisə ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyulun 2-nə keçən gecə Lerik rayonunun Gəgiran kəndinin meşə zolağında 3 naməlum şəxs xuliqanlıq zəminində Lerik rayon meşə mühafizəsi və bərpası müəssisəsinin müdiri Eyvaz Babayevə və gözətçi Adıgözəl Cavadova dəmir parçası ilə xəsarət yetiriblər.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən kənd sakinləri Rövşən Novruzov, qardaşı İdris və onun oğlu Aqil tutulublar.

Son xəbərlər

Orphus sistemi