DİN Kürdəmirdəki 6 nəfərin ölümü ilə bağlı məlumat yaydı

DİN Kürdəmirdəki 6 nəfərin ölümü ilə bağlı məlumat yaydı Daxili İşlər Nazirliyi (DİN) Kürdəmirdəki ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Hadisə
5 may 2020 07:40
DİN Kürdəmirdəki 6 nəfərin ölümü ilə bağlı məlumat yaydı
Report

Daxili İşlər Nazirliyi (DİN) Kürdəmirdəki ağır yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən "Report"a mayın 4-ü saat 11 radələrində Kürdəmir rayonunun Sorsor kəndi ərazisində Muradxan kənd sakini C.Piriyevin idarə etdiyi “Nissan” və İmişli rayon sakini A.Kərimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. 

Nəticədə A.Kərimovun sərnişinləri - bacıları Mehbarə, Aygün, oğlu Qorxmaz və qohumu Aylin hadisə yerində ölüb, özü və digər sərnişinləri R.Kərimova və Arzu Hətəmova, habelə digər sürücü və sərnişinləri - arvadı Ş.Piriyeva, oğlanları Kənan və Sabir xəstəxanaya yerləşdirilib, A.Hətəmova və Sabir orada ölüblər.

Son xəbərlər

Orphus sistemi