DİN-in polis veteranları cinayətkarlıqla mübarizədə fəallıq göstərirlər

DİN-in polis veteranları cinayətkarlıqla mübarizədə fəallıq göstərirlər Tovuz rayon Polis Şöbəsinin Veteranlar Şurasının üzvləri mənzil oğurluğu və dələduzluq edən şəxlərin tapılmasında polisə kömək göstərirlər
Hadisə
27 Aprel , 2017 20:57
DİN-in polis veteranları cinayətkarlıqla mübarizədə fəallıq göstərirlər

Bakı. 27 aprel. REPORT.AZ/ Tovuz rayon Polis Şöbəsinin Veteranlar Şurasının üzvləri bu ilin ötən dövründə 8 mənzil oğurluğu, 1 dələduzluq, 10 yol-nəqliyyat hadisəsi, 2 narkotik vasitələrin qanunsuz dövriyyəsi, 2 seksual xarakterli hərəkət törədən şəxlərin müəyyən olunmasında polisə kömək göstəriblər.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, onlar həmçinin 10 qəsdən sağlamlığa az ağır xəsarət yetirmə hadisələrini törətmiş şəxlərin müəyyən edilməsində, həmçinin axtarışda olan 5 nəfərin yerinin müəyyən edilməsində, 7 itkin düşmüş şəxsin tapılmasında yaxından kömək ediblər.   

Son xəbərlər

Orphus sistemi