DİN-in iki baş idarəsinə yeni rəis təyinatları olub - RƏSMİ

DİN-in iki baş idarəsinə yeni rəis təyinatları olub - RƏSMİ Azərbaycanın daxili işlər orqanlarında yeni təyinatlar olub.
Hadisə
15 Noyabr , 2019 10:33
DİN-in iki baş idarəsinə yeni rəis təyinatları olub - RƏSMİ

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinatlar olub.

“Report”un xəbərinə görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki İslam Hümbətov vəzifəsindən azad olunaraq Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi təyin edilib.

Nazirin digər əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi, polis polkovniki Əlaslan Ağayev vəzifəsindən azad edilərək Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun (baş idarə səlahiyyətlidir) rəisi təyin olunub.

DİN-in Mətbuat Xidmətindən “Report”a fakt təsdiqlənib.

Qeyd edək ki, bu barədə ilk xəbəri "Strateq.az" saytı yayıb.

Xatırladaq ki, bir müddət əvvəl İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Mehman Təhməzov xidmətdə olmanın son həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib. DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov isə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə rəis təyin olunub. 

Son xəbərlər

Orphus sistemi