DİN-in idarə rəisinin xidməti avtomobili qəzaya düşüb

DİN-in idarə rəisinin xidməti avtomobili qəzaya düşüb Faktla bağlı araşdırma aparılır
Hadisə
24 Aprel , 2017 10:04
DİN-in idarə rəisinin xidməti avtomobili qəzaya düşüb

Bakı. 24 aprel. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin (DİN) yüksək vəzifəli əməkdaşının xidməti avtomobili qəzaya düşüb.

“Report”un xəbərinə görə, hadisə Bakı şəhəri, Bəşir Səfəroğlu küçəsində qeydə alınıb.

Məlumata görə, DİN-in Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi, polis polkovniki Əbdül Zərgərlinin “Hundai” markalı xidməti avtomobili “Mercedes” markalı maşınla toqquşub.

Hadisə nəticəsində Ə.Zərgərlinin sürücüsü xəsarət alaraq DİN-in hospitalına yerləşdirilib.

Hadisə zamanı Ə.Zərgərlinin avtomobildə olub-olmadığı bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi