​DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib, 5 nəfər saxlanılıb

​DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib, 5 nəfər saxlanılıb 1,7 kiloqrama yaxın ağır növ narkotik vasitələr və psixotrop maddələr aşkarlanaraq götürülüb
Hadisə
21 Noyabr , 2014 16:15
​DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib, 5 nəfər saxlanılıb

Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbirləri həyata keçirib. Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Belə ki, vətəndaşlardan daxil olan müraciətlər və əməliyyat məlumatları əsasında nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının noyabrın 21-də həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının külli miqdarda qanunsuz dövriyyəsi ilə məşğul olan 5 Hacıqabul sakini saxlanılıb. Onların 4-ü əvvələr Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunub.

Həmin şəxslərin üzərlərinə və yaşadıqları evlərə baxış zamanı ümumilikdə 1,7 kiloqrama yaxın ağır növ narkotik vasitələr və psixotrop maddələr aşkarlanaraq götürülüb.

Göstərilən faktlarla bağlı cinayət işi başlanılıb. İstintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi