DİN İsmayıllıda 3 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası barədə məlumat yayıb

DİN İsmayıllıda 3 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası barədə məlumat yayıb Bakı. 15 iyun. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) İsmayıllı rayonunda 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələn yol qəzası barədə məlumat yayıb.
Hadisə
15 İyun , 2018 12:27
DİN İsmayıllıda 3 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası barədə məlumat yayıb

Bakı. 15 iyun. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) İsmayıllı rayonunda 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələn yol qəzası barədə məlumat yayıb.

Nazirlikdən "Report"a bildirilib ki, hadisə İsmayıllı rayonunun Eyyubbəyli kəndi ərazisində baş verib.

Belə ki, iyunun 14-də saat 22 radələrində rayonun Eyyubbəyli kəndi ərazisində Göyçay rayon sakini Çingiz Eminov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun hərəkət hissəsində olan 2 baş inəyi vurub və yolun kənarındakı maneəyə dəyərək aşıb.

Nəticədə sürücü və sərnişinlərindən həmyerlisi Bəyim Abışova və Bakı şəhər sakini Sona Məmmədi hadisə yerində ölüb, digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi