DİN “İraq Hava Yolları” şirkətinin Bakı ofisində baş verən hadisə ilə bağlı məlumat yayıb

DİN “İraq Hava Yolları” şirkətinin Bakı ofisində baş verən hadisə ilə bağlı məlumat yayıb Sənədləri olan “COBALT” markalı tüfəng götürülüb
Hadisə
9 Yanvar , 2017 10:57
DİN “İraq Hava Yolları” şirkətinin Bakı ofisində baş verən hadisə ilə bağlı məlumat yayıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Bakıda ofisdə baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

“Report”un xəbərinə görə, məlumatda bildirilib ki, yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən “İraq Hava Yolları” şirkətinə məxsus ofisdə, sürücü - Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer - paytaxt sakini Əli Ağalını qətlə yetirib.

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Bəşirov tutulub, hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olan “COBALT” markalı tüfəng götürülüb.

Son xəbərlər

Orphus sistemi