DİN İmişlidəki qətl hadisəsi ilə bağlı məlumat yayıb

DİN İmişlidəki qətl hadisəsi ilə bağlı məlumat yayıb Daxili İşlər Nazirliyi (DİN) İmişlidəki qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Hadisə
10 yanvar 2020 08:52
DİN İmişlidəki qətl hadisəsi ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) İmişlidəki qətl hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, yanvarın 10-da saat 5 radələrində İmişli rayonunun Ağamalılar kəndi ərazisindəki meşə zolağında şəhər sakini Zaur Əliyevin bıçaqla qətlə yetirilən meyitinin tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini E.Quliyev saxlanılıb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi