DİN həyat yoldaşını 2000 manata öldürtdürən şəxsin cinayəti haqda məlumat yayıb

DİN həyat yoldaşını 2000 manata öldürtdürən şəxsin cinayəti haqda məlumat yayıb Cinayətin Bakı şəhər sakinləri Kərəm Həsənov və onun qardaşı oğlu Elşad Həsənov tərəfindən törədilməsi müəyyən edilib və onlar tutulublar
Hadisə
223
11 Yanvar , 2016 14:15
DİN həyat yoldaşını 2000 manata öldürtdürən şəxsin cinayəti haqda məlumat yayıb

Bakı. 11 yanvar. REPORT.AZ/ Daxili İşlər Nazirliyi həyat yoldaşını öldürmək üçün pulla qatil tutan şəxsin cinayəti haqda məlumat yayıb. DİN-dən "Report"a verilən xəbərə görə, yanvarın 10-da Bakı şəhər sakini Sevil Rzayevanın baş nahiyəsində kəsik xəsarətləri olan meyiti Sabunçu rayonunun Zabrat qəsəbəsindəki evində tapılıb.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin onun əri Rüstəm Rzayevin sifarişi ilə 2000 manat müqabilində Bakı şəhər sakinləri Həsənov Kərəm və onun qardaşı oğlu Elşad Həsənov tərəfindən törədilməsi müəyyən edilib və onlar tutulublar.

Son xəbərlər

Orphus sistemi