DİN Göygöldə iki qadının qətlə yetirilməsi ilə bağlı rəsmi məlumat yayıb

DİN Göygöldə iki qadının qətlə yetirilməsi ilə bağlı rəsmi məlumat yayıb Zaur Əliyev Gəncə şəhər Baş Polis İdarəsinə gələrək istintaqa təslim olub
Hadisə
18 Avqust , 2017 12:01
DİN Göygöldə iki qadının qətlə yetirilməsi ilə bağlı rəsmi məlumat yayıb

Bakı. 18 avqust. REPORT.AZ/ Daxili İşlər Nazirliyi Göygöl rayonunda baş verən dəhşətli qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

“Report” xəbər verir ki, nazirliyin saytında yerləşdirilən məlumatda bildirilib ki, ötən gün Göygöl rayonunun Yeni Qızılca kəndində Gəncə şəhər sakini Zaur Əliyev münaqişə zəminində arvadı Günelə və qaynanası Höküməyə bıçaqla xəsarət yetirib.

Sonra o, könüllü olaraq Gəncə şəhər Baş Polis İdarəsinə gələrək istintaqa təslim olub.

Günel hadisə yerində, Hökümə isə xəstəxanaya aparılarkən yolda ölüb.

Son xəbərlər

Orphus sistemi