Bakı. 2 may. REPORT.AZ/ DİN Bakıda Gəncə sakininin keçmiş arvadını öldürməsi, daha bir nəfəri yaralaması hadisəsi barədə məlumat yayıb.
“Report”un xəbərinə görə, məlumatda bildirilib ki, mayın 1-də Nərimanov rayonu Xətai prospektindəki evlərin birinin qarşısında Gəncə şəhər sakini Rəşad İbrahimzadə münaqişə zəminində keçmiş arvadı Zəhra İbrahimovaya və onunla birgə olan Bakı şəhər sakini Emil Əliyevə bıçaqla xəsarətlər yetirərək hadisə yerini tərk edib. Nəticədə Z.İbrahimova hadisə yerində ölüb, E.Əliyev isə xəstəxanaya yerləşdirilib.
Nərimanov Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.