DİN fotoqrafın anasının qəzada ölməsi ilə bağlı məlumat yayıb

DİN fotoqrafın anasının qəzada ölməsi ilə bağlı məlumat yayıb Daxili İşlər Naziliyi (DİN) Bakıda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb.
Hadisə
21 Yanvar , 2020 12:40
DİN fotoqrafın anasının qəzada ölməsi ilə bağlı məlumat yayıb

Daxili İşlər Naziliyi (DİN) Bakıda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, yanvarın 20-də saat 19 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində qəsəbə sakini T.İbrahimov idarə etdiyi “QAZel” markalı avtomobillə yolu keçən həmyerlisi Peykar Məcnunovanı vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, P.Məcnunova fotoqraf Səfiyar Məcnunun anasıdır.

Son xəbərlər

Orphus sistemi