DİN: Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb Bakı. 7 mart. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) ötən gün qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
Hadisə
7 Mart , 2018 10:45
DİN: Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

Bakı. 7 mart. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) ötən gün qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ölkənin daxili işlər orqanları tərəfindən ötən gün ərzində 94 cinayət faktı qeydə alınmış, onların da 14-ü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 33 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 27 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Azərbaycanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi