DİN: Bir sutkada yol qəzalarında 7 nəfər ölüb

DİN: Bir sutkada yol qəzalarında 7 nəfər ölüb Bakı. 21 noyabr. REPORT.AZ/ Noyabr ayının 20-dən 21-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Hadisə
21 Noyabr , 2018 09:44
DİN: Bir sutkada yol qəzalarında 7 nəfər ölüb
0 : 00
0 : 00

Bakı. 21 noyabr. REPORT.AZ/ Noyabr ayının 20-dən 21-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Report”a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 118 cinayət faktı qeydə alınmış, onların da 18-i “isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalmış 29 cinayətin açılması təmin olunub. 

Axtarışda olduğuna görə ümumilikdə 34 nəfər, o cümlədən, borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında 12 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi