DİN: Bir sutkada avtomobil yollarında 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb

DİN: Bir sutkada avtomobil yollarında 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb Bakı. 22 noyabr. REPORT.AZ/ Noyabrı ayının 21-dən 22-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Hadisə
22 Noyabr , 2018 10:13
DİN: Bir sutkada avtomobil yollarında 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb
0 : 00
0 : 00

Bakı. 22 noyabr. REPORT.AZ/ Noyabrı ayının 21-dən 22-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Report”a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 137 cinayət faktı qeydə alınıb, onların da 17-si “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 27 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi