DİN: Bir gündə yol qəzalarında 3 nəfər ölüb

DİN: Bir gündə yol qəzalarında 3 nəfər ölüb Bakı. 14 fevral. REPORT.AZ/ Fevralın ayının 13-dən 14-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Hadisə
14 Fevral , 2019 10:19
DİN: Bir gündə yol qəzalarında 3 nəfər ölüb

Bakı. 14 fevral. REPORT.AZ/ Fevralın ayının 13-dən 14-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

DİN-in mətbuat xidmətindən “Report”a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 33 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi