​DİN: Binəqədidə baş verən insidentlə bağlı əməliyyat-axtarış tədbirləri aparılır

​DİN: Binəqədidə baş verən insidentlə bağlı əməliyyat-axtarış tədbirləri aparılır Faktla əlaqədar cinayət işi başlanıb
Hadisə
12 Aprel , 2016 11:19
​DİN: Binəqədidə baş verən insidentlə bağlı əməliyyat-axtarış tədbirləri aparılır

Bakı. 12 aprel. REPORT.AZ/ DİN Bakıda baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

“Report”un xəbərinə görə, məlumatda bildirilib ki, aprelin 11-də Binəqədi rayonunun Cavadxan küçəsində, şəxsiyyəti məlum olmayan 2 nəfər həmin ərazidə kirayədə yaşayan Bərdə rayon sakini Hüseyn Qasımovun istiqamətində avtomat silahdan bir neçə dəfə atəş açıb. Nəticədə daban nahiyəsindən güllə yarası almış H.Qasımova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 7-ci Polis Bölməsi əməkdaşaları tərəfindən hadisə yerindən 10 ədəd 7,62 çaplı giliz götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Son xəbərlər

Orphus sistemi