DİN Biləsuvarda polisin əməliyyat zamanı baltalanması barədə yayılan məlumatlara aydınlıq gətirib

DİN Biləsuvarda polisin əməliyyat zamanı baltalanması barədə yayılan məlumatlara aydınlıq gətirib Bakı. 26 noyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Biləsuvarda polisin əməliyyat zamanı baltalanması barədə yayılan məlumatlara aydınlıq gətirib.
Hadisə
1755
26 Noyabr , 2018 13:33
DİN Biləsuvarda polisin əməliyyat zamanı baltalanması barədə yayılan məlumatlara aydınlıq gətirib

Bakı. 26 noyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Biləsuvarda polisin əməliyyat zamanı baltalanması barədə yayılan məlumatlara aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə “Report”un sorğusuna cavabında bildirib ki, Biləsuvar rayonunun Aşağı Cürəli kəndində polis əməkdaşları heç bir əməliyyat tədbiri keçirməyiblər: “Sadəcə rayon məhkəməsindən daxil olmuş qərardadın icrası ilə əlaqədar polis əməkdaşları noyabrın 23-də səhər 10 radələrində həmin kənd sakini Rauf Şahbazovun yaşadığı evin qarşısına gəliblər. Polis həyətə daxil olmaq istəyərkən Rauf Şahbazov və qardaşı Rəşad onlara balta ilə müqavimət göstəriblər. Əməkdaşların peşəkarlığı və ayıq-sayıqlığı nəticəsində Rauf Şahbazov və qardaşı zərərsizləşdirilib. Bu zaman asayiş keşikçilərindən biri yüngül xəsarət alıb. Həmin əməkdaş xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb”.

O. Mansurzadə həmçinin qeyd edib ki, Rauf və Rəşad Şahbazov qardaşları polis tərəfindən saxlanılıb, onlardan 2 ədəd balta maddi sübut kimi götürülüb.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb və hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Hafiz Heydərov

Son xəbərlər

Orphus sistemi