DİN bankın mühafizə rəisinin bıçaqlanması ilə bağlı məlumat yaydı

DİN bankın mühafizə rəisinin bıçaqlanması ilə bağlı məlumat yaydı Daxili İşlər Nazirliyi (DİN) Bakıda bankın mühafizə rəisinin bıçaqlanması hadisəsi ilə bağlı məlumat yayıb.
Hadisə
4 Fevral , 2020 12:19
DİN bankın mühafizə rəisinin bıçaqlanması ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) Bakıda bankın mühafizə rəisinin bıçaqlanması hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, fevralın 3-də saat 14 radələrində Bakı şəhər sakini N.Sərkərov idarə etdiyi “Mercedes” markalı avtomobili Nərimanov rayonu ərazisində yerləşən bankın qarşısında saxlamaq istəyərkən bankın təhlükəsizlik xidmətinin rəisi T.Yusifov ona avtomobilini orada saxlamaması barədə iradını bildirib.

Bu zaman N.Sərkərov xuliqanlıq zəminində T.Yusifovun sifət nahiyəsinə bıçaqla xəsarət yetirib.

N.Sərkərov bankda xidmət aparan Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 17-ci Polis Şöbəsinə təhvil verilib.

T.Yusifova xəstəxanada ilkin tibbi yardım göstərilib.

Son xəbərlər

Orphus sistemi