DİN Balakəndəki qətl hadisəsi ilə bağlı məlumat yayıb

DİN Balakəndəki qətl hadisəsi ilə bağlı məlumat yayıb Daxili İşlər Nazirliyi (DİN) Balakəndə baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Hadisə
15 Noyabr , 2019 12:39
DİN Balakəndəki qətl hadisəsi ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Balakəndə baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, noyabrın 14-də Balakən rayon sakini Elvin Balayevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

İstintaq-əməliyyat tədbirləri ilə hadisənin həmin gün Hənifə kəndi ərazisində kənd sakini Z.Layıcov tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Z.Layıcov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi