DİN Bakıda ata və oğulun güllələnməsi ilə bağlı rəsmi məlumat yayıb - FOTO

DİN Bakıda ata və oğulun güllələnməsi ilə bağlı rəsmi məlumat yayıb - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
3 Oktyabr , 2014 15:44
DİN Bakıda ata və oğulun güllələnməsi ilə bağlı rəsmi məlumat yayıb - FOTO
Bakı. 3 oktyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Bakının Binəqədi rayonunda baş verən silahlı insidentlə bağlı rəsmi məlumat yayıb. "Report"un xəbərinə görə, məlumatda bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 1-də Rövşən Əliyevə və onun oğlu Ayxana xəsarət yetirib hadisə yerini tərk edən Hicran Səfərov tutulub. O, hadisəni törədərkən istifadə etdiyi ov tüfəngini polislərə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi