DİN: Bakıda zibillikdə doğranmış halda tapılmış qadını öldürən şəxs saxlanılıb

DİN: Bakıda zibillikdə doğranmış halda tapılmış qadını öldürən şəxs saxlanılıb Faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir
Hadisə
17 Fevral , 2018 09:48
DİN: Bakıda zibillikdə doğranmış halda tapılmış qadını öldürən şəxs saxlanılıb

Bakı. 17 fevral. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) paytaxtdakı qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, fevralın 16-da saat 9 radələrində Binəqədi rayonu ərazisində məişət tullantıları qutusunda hissələrə bölünmüş qadın meyiti tapılıb.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə mərhumun Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması və fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş 50 yaşlı İrina Qorlova tərəfindən küt alətlə qətlə yetirilib balta ilə hissələrə bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atılması müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə İ.Qorlova tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi