DİN Bakıda ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb

DİN Bakıda ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb Daxili İşlər Nazirliyi aprelin 1-də Bakıda iki nəfərin ölümü, iki nəfərin isə yaralanması ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.
Hadisə
2 Aprel , 2019 12:39
DİN Bakıda ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb
0 : 00
0 : 00

Daxili İşlər Nazirliyi aprelin 1-də Bakıda iki nəfərin ölümü, iki nəfərin isə yaralanması ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb. 

DİN-dən "Report"a verilən məlumata görə, Nəsimi rayonunun R.Behbudov küçəsində Bakı şəhər sakini Ramiz Əmiraslanov idarə etdiyi “MG” markalı avtomobillə yolu keçən paytaxt sakinləri Valəddin Niyazovu, onun oğlu Seymuru, Naxçıvan şəhər sakini Təminə Rüstəmovanı və Gəncə şəhər sakini Xanım Quliyevanı vurub və idarəetməni itirdiyindən avtomobil yolun kənarında dayanacaqda dayanmış “Baku-Bus” MMC-yə məxsus “İveco” markalı 5 saylı avtobusa çırpılıb.

R.Əmiraslanov və T.Rüstəmova hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş S.Niyazovun vəziyyəti ağır, digərlərinin vəziyyətləri qənaətbəxşdir.

Avtobusun arxa hissəsinə qismən ziyan dəyib, xəsarət alan olmayıb.

Nəsimi rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi