Bakı. 8 dekabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən bıçaqlanma hadisəsi ilə bağlı məlumat yayıb. Report"un DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, dekabrın 7-də Binəqədi rayonu ərazisindən Biləsuvar rayon sakini Əminə Hüseynova kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Binəqədi Rayon Polis İdarəsi (RPİ) 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Ə.Hüseynovanın qohumu - həmyerlisi, əvvəllər məhkum olunan Alim Hüseynov tərəfindən törədilməsi müəyyən edilb. A.Hüseynov bıçaqladığı şəxsin əmisi oğludur.
Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.