DİN Bakıda baş verən zəncirvari qəza ilə bağlı məlumat yayıb

DİN Bakıda baş verən zəncirvari qəza ilə bağlı məlumat yayıb Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır
Hadisə
364
20 Dekabr , 2014 13:32
DİN Bakıda baş verən zəncirvari qəza ilə bağlı məlumat yayıb

Bakı. 20 dekabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Xətai rayonunun Zığ yolu küçəsində baş verən qəza ilə bağlı məlumat yayıb. "Report" DİN-in  rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 19-da saat 15 radələrində Xətai rayonunun Zığ yolu küçəsində Füzuli rayon sakini Nuşirəvan Qurbanov idarə etdiyi "AzSamand" markalı avtomobili qarşıda gedən Bakı şəhər sakini Rüfət Əliyevin idarə etdiyi “Ford” markalı avtomobilə vurduğundan “Ford” markalı avtomobil yolun əks istiqamətinə çıxaraq Bərdə rayon sakini Babək Piriyevin idarə etdiyi “BMW” markal avtomobillə toqquşub. “AzSamand” markalı avtomobil isə idarəetməni itirdiyindən yolun kənarında dayanan Cəlilabad rayon sakini Emin Hüseynova məxsus “Audi” və Bakı şəhər sakini Rafiq Dəmirçiyevə məxsus “VAZ-2107” markalı avtomobillərə və piyada, Bakı şəhər sakini Rəşad Hüseynova dəyib. N.Qurbanov hadisə yerində ölüb, E.Hüseynova və R.Əliyevin 2 sərnişininə, habelə R.Hüseynova xəstəxanada ilkin tibbi yardım göstərilib.

Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi