DİN Bakıda 4 nəfərin ölümü ilə nəticələnən ağır qəza ilə bağlı məlumat yayıb

DİN Bakıda 4 nəfərin ölümü ilə nəticələnən ağır qəza ilə bağlı məlumat yayıb Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır
Hadisə
21 Sentyabr , 2018 12:33
DİN Bakıda 4 nəfərin ölümü ilə nəticələnən ağır qəza ilə bağlı məlumat yayıb
0 : 00
0 : 00

Bakı. 21 sentyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) ötən gün Bakıda 4 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb.

“Report”un xəbərinə görə, məlumatda bildirilib ki, sentyabrın 20-də saat 18 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini Anar Əzimov idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarındakı metal dirəyə vurub. Nəticədə sürücü və sərnişinləri - həmyerliləri Həsən Məmmədsadıqov, Nurlan Rüstəmov və Qəbələ rayon sakini Hafiz Bilalov hadisə yerində ölüblər.

Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi