Yuxarı
    Bağlamaq

    ​DİN Bakıdakı mağazada ölümlə nəticələnən hadisə ilə bağlı rəsmi məlumat yayıb

    “Qaz sızmasından ani partlayış baş verib”

    Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Bakıdakı “Army” mağazası üçün inşa edilmiş soyuducu anbarda baş vermiş partlayış hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. “Report”un DİN-in saytına istinadən verdiyi xəbərə görə,  hadisənin oktyabrın 8-də saat 18 radələrində baş verdiyi bildirilib.

    Belə ki, Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki 16 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində “Army” mağazası üçün inşa edilmiş soyuducu anbarda qaz sızmasından ani partlayış baş verib. Orada işləyənlərdən - Quba rayon sakini Etiram Əmrahov hadisə yerində ölüb, xəsarət almış Ağsu rayon sakinləri Əfşan Heydərova, Qəhrəman Ədilov, Şəki şəhər sakini Rahim Babayev, Ucar rayon sakini Rüfət Eminov, Tərtər rayon sakini Pərişan Məcidzadə, Bakı şəhər sakinləri Azər Məmmədov, Kənan Namazzadə və Cəmilə Ramazanova xəstəxanaya yerləşdiriliblər. Hadisə zamanı anbarın üstündə olan beton örtük dağılıb, yaxınlıqda dayanmış Sumqayıt şəhər sakini Əsgər Abdullayevə məxsus “KİA”, Bakı şəhər sakinləri Ramin Həşimova və Afiq Əliyevə məxsus “Mercedes” markalı avtomobillərə qismən ziyan dəyib, habelə binanın 2-ci mərtəbəsindən 9-cu mərtəbəsinədək olan mənzillərin pəncərə şüşələri sınıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi