Bakı. 3 oktyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Bakının Binəqədi rayonunda baş verən silahlı insidentlə bağlı rəsmi məlumat yayıb. "Report"un xəbərinə görə, məlumatda bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 1-də Rövşən Əliyevə və onun oğlu Ayxana xəsarət yetirib hadisə yerini tərk edən Hicran Səfərov tutulub. O, hadisəni törədərkən istifadə etdiyi ov tüfəngini polislərə təhvil verib.
Faktla bağlı araşdırma aparılır.