DİN: Babur Hüseynov çox savadlı polis leytenantıdır

DİN: Babur Hüseynov çox savadlı polis leytenantıdır “O, polis orqanlarına qəbul edilməzdən öncə də bu idman növü ilə məşğul idi”
Hadisə
27 Dekabr , 2017 12:19

Bakı. 27 dekabr. REPORT.AZ/ “Gilavar” - hava və ekstrim idman klubunun itkin düşmüş üzvlərindən olan Babur Hüseynov Daxili İşlər Nazirliyinin əməkdaşıdır. O, polis orqanlarına qəbul edilməzdən öncə də bu idman növü ilə məşğul idi”.

Bunu “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlham Babayev deyib.

O bildirib ki, DİN-in Mətbuat xidmətində çalışan B.Hüseynov nizamlı, intizamlı işçidir: “Babur Hüseynov çox savadlı polis leytenantıdır. Bir neçə dəfə yarışlara qatılıb, uğur əldə edib”.

Xatırladaq ki, dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” - hava və ekstrim idman klubunun 3 üzvü (Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə) geri qayıtmayıb və onlarla əlaqə kəsilib. Onların axtarışları DSX, FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FAİREX üzvlərindən ibarət komanda tərəfindən həyata keçirilir. Axtarışlara helikopterlər də cəlb olunub.

Son xəbərlər

Orphus sistemi