DİN: Ağsuda avtomobilini hissələrə bölüb satan şəxs polisə yalan məlumat verib

DİN: Ağsuda avtomobilini hissələrə bölüb satan şəxs polisə yalan məlumat verib Bakı. 12 dekabr. REPORT.AZ/ Ağsu Rayon Polis Şöbəsinə müraciət edən Abbasxanlı kənd sakini Vüqar Əsədov dekabrın 7-nə keçən gecə kənd ərazisindən “VAZ-21074” markalı avtomobilinin qaçırıldığını bildirib.
Hadisə
12 Dekabr , 2018 11:43
DİN: Ağsuda avtomobilini hissələrə bölüb satan şəxs polisə yalan məlumat verib

Bakı. 12 dekabr. REPORT.AZ/ Ağsu Rayon Polis Şöbəsinə müraciət edən Abbasxanlı kənd sakini Vüqar Əsədov dekabrın 7-nə keçən gecə kənd ərazisindən “VAZ-21074” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN-nin mətbuat xidmətindən "Report"a bildirilib ki, məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən əməliyyat tədbirlərinə başlanılıb. Araşdırmalar zamanı V.Əsədovun polisə yalan məlumat verdiyi müəyyən edilib. Belə ki, onun qeyd edilən avtomobili Garıs-Əyribənd kənd sakini R.Dəmirovun həyətində hissələrə doğrayaraq satması, habelə polisə yalan məlumat verməsi müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən avtomobilin ban nömrəsi və dövlət qeydiyyat nişanları polis əməkdaşları tərəfindən R.Dəmirovun həyətindən aşkar edilərək götürülüb.

Araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi