DİN Abşeron sakininin özünü yandırması ilə bağlı rəsmi məlumat yayıb

DİN Abşeron sakininin özünü yandırması ilə bağlı rəsmi məlumat yayıb Cəmil Məmmədov sürücülük vəsiqəsi olmadan avtomobili idarə edib
Hadisə
7 Oktyabr , 2016 12:53
DİN Abşeron sakininin özünü yandırması ilə bağlı rəsmi məlumat yayıb

Bakı. 7 oktyabr. REPORT.AZ/ Abşeron rayon sakininin özünü yandırmasının səbəbi məlum olub.

"Report"un Daxili İşlər Nazirliyinə (DİN) istinadən verdiyi məlumata görə, ötən gün Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) inzibati binasının yaxınlığında Abşeron rayonunun Pirəkəşkül qəsəbə sakini Cəmil Məmmədov intihar məqsədilə benzinlə özünü yandırıb. Qol və sinə nahiyəsindən yanıq xəsarətləri almış C.Məmmədov xəstəxanaya yerləşdirilib.

İlkin araşdırmalar zamanı C.Məmmədovun sürücülük vəsiqəsinin olmaması, idarə etdiyi “NAZ Lifan” markalı avtomobilində görünüş dairəsini məhdudlaşdıran əlavə avadanlığın quraşdırılması və barəsində tərtib edilmiş 463 ədəd elektron protokola əsasən 43 min manat məbləğində cəriməsinin olması müəyyənləşib, avtomobil bu səbəbdən Sumqayıt ŞPİ DYPŞ-nin müvəqqəti duracağına yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi