DGK ötən il müxtəlif şəxslərdən 2 mln. 228 min dollar məbləğində qanunsuz pul kütləsi aşkar edib

DGK ötən il müxtəlif şəxslərdən 2 mln. 228 min dollar məbləğində qanunsuz pul kütləsi aşkar edib Həmçinin 49 045 qram gümüş, 185,12 karat qiymətli daşlar götürülüb
Hadisə
30 Yanvar , 2018 03:43
DGK ötən il müxtəlif şəxslərdən 2 mln. 228 min dollar məbləğində qanunsuz pul kütləsi aşkar edib

Bakı. 30 yanvar. REPORT.AZ/ Ötən il gömrük orqanları əməkdaşları müxtəlif şəxslərdən dollar ifadəsində ümumilikdə təqribən 2 milyon 227 min 925 ABŞ dolları məbləğində pul kütləsi aşkar edib.

“Report” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev "Xalq qəzeti"ndə dərc olunan məqaləsində bildirib.

"Valyuta tənzimi haqqında” qanuna və digər qanunvericilik aktlarına əsasən, gömrük orqanları valyuta və valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üzərində nəzarəti həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən 1599205 ABŞ dolları, 152685 avro, 5000 funt sterlinq, 22.241.884 rus rublu, 64677 Azərbaycan manatı, 806610 manat dəyərində 14073 qram qızıl, 239853 manat dəyərində 397 ədəd zinət əşyaları, 68398 manat dəyərində 49045 qram gümüş, 150346 manat dəyərində 185,12 karat qiymətli daşlar aşkar olunub", - deyə sədr bildirib.

Son xəbərlər

Orphus sistemi