DGK Ermənistan istehsalı olan spirtli içkiləri məhv edib - FOTO - VİDEO

DGK Ermənistan istehsalı olan spirtli içkiləri məhv edib - FOTO - VİDEO Sumqayıt. 9 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Sumqayıt Baş Gömrük İdarəsi Ermənistan istehsalı olan spirtli içkiləri məhv edib.
Hadisə
9 Oktyabr , 2018 15:30
DGK Ermənistan istehsalı olan spirtli içkiləri məhv edib - FOTO - VİDEO
Report
0 : 00
0 : 00

Sumqayıt. 9 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Sumqayıt Baş Gömrük İdarəsi Ermənistan istehsalı olan spirtli içkiləri məhv edib. 

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, proses Sumqayıt şəhərində DGK-nın müvafiq qurumlarının iştirakı ilə baş tutub. 

Belə ki, istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan, ümumilikdə, 7 835,7 litr spirtli və sərinləşdirici içki, 4 235 700 ədəd tütün məmulatı, 1 621,8 kq qarışıq ərzaq məhsulları, 14 479,65 kq müxtəlif məişət malları məhv edilib. Bunlardan 27 litr spirtli içki Ermənistan mənşəlidir. 

Məhv edilən mallar 2016-2018-ci illərdə fiziki şəxslər tərəfindən Nazirlər Kabinetinin 305 saylı qərarı ilə müəyyənləşdirilən normalara əməl olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərildiyi üçün müvəqqəti saxlanc anbarına qəbul edilən və saxlanc müddətində vətəndaşlar tərəfindən həmin malların geri götürülməsinə dair müraciət olunmayan, eyni zamanda istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan kateqoriyalara aiddir.

Mallar müvafiq ekspert rəyi və məhkəmə qərarına əsasən, məhvetmə prosesinə cəlb olunub.

Son xəbərlər

Orphus sistemi